ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq qurum rəsmisi qeyd edib ki, bu son illər ölkədə aparılan genişmiqyaslı ekoloji işlərə vurulan zərbədir.
"Biz meşələrin bərpası və inkişafı işlərini davam etdirəcəyik və ağac kəsənlərlə, təbiətin düşmənləri ilə mübarizəmizi daha sərt edəcəyik”, - deyə o, bildirib.