ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir
SİYASƏT
18:10 31.10.2020
1054
"Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə, planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır".

AZXEBER.COM-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir: "Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub. Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur
17:54 16.10.2025
Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
17:40 16.10.2025
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
17:28 16.10.2025
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
17:07 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
16:59 16.10.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
16:14 16.10.2025
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
16:14 16.10.2025
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:05 16.10.2025
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
16:00 16.10.2025
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
15:53 16.10.2025
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
15:40 16.10.2025
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
15:27 16.10.2025
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
15:23 16.10.2025
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
15:16 16.10.2025
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
15:12 16.10.2025
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
15:11 16.10.2025
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi