ATGTİ sədri Ş.İsmayilov və “Xəzər” İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev gəncləri qarşıdan gələn bayram münasibəti ilə təbrik etdilər və vurğuladılar ki, bu aksiya davamlı şəkildə keçiriləcək. Daha sonra EYCA qutusundan adları çıxan tələbə və şagirdlər hədiyyələr qazandılar. Belə ki, Bakı Dövlət Universitetinin tələbəsi Polad Muradlı “HP” mini notebook-u Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nərgiz Eminova “HP” aksesuarını, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tələbələri Quliyeva Natavan və Muradlı Rəşad və 23 nömrəli orta məktəbin şagirdi Xəlilova Sidiyə digər qiymətli hədiyyələrə sahib oldular.
Xatırladaq ki, EYCA – tələbələr üçün güzəşt kartıdır. Adə gedən kart Avropa endirim kartları sisteminə daxildir və bu endirim sistemi Azərbaycanda da tətbiq olunur. Azərbaycanlı kart daşıyıcıları respublika daxilində 200-dən çox obyektlərdə 5%-dən 50%-dək endirimlər əldə edirlər.
Qeyd edək ki, hədiyyələr “HP” şirkəti tərəfindən təqdim edilmişdir.