“Eurovision-2012” milli seçim turunun sonuncu həftəsi başladı

MƏDƏNİYYƏT
11:52 23.01.2012
2071
Yanvarın 23-də Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının sonuncu, 8-ci həftəsinə start verilir. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı “Eurovision”da təmsil etmək istəyən növbəti 9 namizəd 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. Bu gün saat 22.00-dan etibarən Tofiq Hacıyev, Rinat Alimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və “Caspian Dremers” qrupu yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər. Yanvarın 27-də 8-ci həftənin qalibi məlum olacaq. Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision” müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.Qeyd edək ki, artıq 7 yarımfinalçının kimliyi məlumdur. Bu həftə isə sonuncu yarımfinalçı seçiləcək və 8 namizəd yarımfinal mərhələsində növbəti mərhələyə çıxmaq uğrunda yarışacaq.

OXŞAR XƏBƏRLƏR