"Eurovision 2012"nin keçiriləcəyi binalar (VİDEOLAR)

"Eurovision 2012"nin keçiriləcəyi binalar (VİDEOLAR)
ŞOU-BİZNES
12:29 20.06.2011
2999

Eldar Qasımov və Nigar Camal "Eurovision 2011" Mahnı Müsabiqəsində qələbə qazandığı andan hər bir azərbaycanlını bir sual düşündürür; "Görəsən "Eurovision 2012" harada keçiriləcək?" Hələ ki, bu suala dəqiq cavab tapılmayıb. 

Bu sual bu gün, 20 iyunda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun dəvət olunduğu Avropa Yayım Birliyinin Cenevrədə keçiriləcək iclasında öz cavabını tapmalıdır. Bu iclasda Azərbaycanda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsinin ilkin prosedur qaydaları müzakirə olunacaq və müsabiqənin harada keçiriləcəyi, qonaqların necə qəbul ediləcəyi və sairə məsələlər ətrafında söhbətlər aparılacaq. Məhz bu iclasdan sonra Azərbaycanda keçiriləcək müsabiqənin detalları haqqında məlumat veriləcək.

Məhz bu gün, "Eurovision 2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün Bakıda tikiləcək 2 möhtəşəm məkanın maketinin videoçarxı Youtube-da yerləşdirilib. Hər halda bu bir təsadüf deyil. Ehtimal etmək olar ki, bu videoçarxlar sözügedən iclasda nümayiş olunub. // Ans Press

Həmin videoçarxları sizə təqdim edirik:

OXŞAR XƏBƏRLƏR