«Eurovision-2012»yə görə Bakı aeroportu da təmirə bağlanacaq
Bütün Xəbərlər
13:09 07.09.2011
1717
Gələn ilin may ayında Azərbaycan paytaxtında keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinin təşkili ilə əlaqədar yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında təmir işlərinə başlanacaq. Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında «SilkWay Travel» şirkətinin direktoru Şirzad Əfəndiyev bildirib. Onun sözlərinə görə, hazırda Bakıda tikilməkdə olan aeroportun yeni terminalı müsabiqəyə qədər təhvil verilməyəcək və buna görə də indiki aeroport müsabiqəyə qədər təmir ediləcək.