'Eurovision 2013'də Azərbaycan ilk onluqda

MƏDƏNİYYƏT
11:26 07.05.2013
1595

Dünyanın nüfuzlu bukmeker şirkəti “Eurovision-2013” müsabiqəsində qalibiyyət şansı böyük olan ölkələrin əmsallarını yeniləyib.Dünyanın ən böyük bukmeker şirkəti sayılan “Uilyam Hill” kontoru (willhill.com) Azərbaycanı ilk onluğa daxil edib. Azərbaycanın qalib gəlmə şansı 25/1 olaraq qiymətləndirilib.

Siyahıda Azərbaycandan qabaq Danimarka, Ukrayna, Norveç, Rusiya, Hollandiya, İtaliya, Almaniya, Gürcüstan, İsveç yer alıb. Ermənistan isə 25-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın təmsil edəcək Fərid Məmmədov mayın 16-da keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək.//APA

OXŞAR XƏBƏRLƏR