"Eurovision" biletlərindən xəbər var

"Eurovision" biletlərindən xəbər var
ŞOU-BİZNES
11:35 09.10.2011
2021

“Eurovision-2012” mahnı müsabiqəsinin hazırlığı ilə bağlı Cenevrədə keçirilən Məşvərət Qrupunun görüşündə Avropa Yayımları Birliyi (EBU) və ev sahibi olan yayımçı televiziya kanalı İctimai Teleradionun biletlərinin satışının cədvəlini açıqlayıblar.

Müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, görüşdə bəyan edilib ki, müsabiqənin yarımfinallar və final konsertlərinə biletlərin ilin axırından əvvəl satışa çıxarılması gözlənilmir. Bildirilir ki, “Eurovision-2012”in biletləri hotellərin sifarişi başlayandan sonra satışa çıxarılacaq.

Bakının əksər hotel tutumu 2012-ci ilin may ayında “Eurovision”a gələcək minlərlə qonaqları qəbul etmək üçün saxlanılacaq. Müxtəlif hava yolları Bakıya və Bakıdan əlavə uçuşların həyata keçirilməsini nəzərdə tutur.
OXŞAR XƏBƏRLƏR