‘Eurovision’ mahnımız yaxın günlərdə bilinəcək

MƏDƏNİYYƏT
10:10 06.03.2012
1455

Səbinə Babayevanın may ayında ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır. AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səbinə Babayevanın “Eurovision” mahnısı yaxın iki həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın Eurovision 2012 təmsilçisi seçilib. Azərbaycan 57-ci Eurovision Mahnı Müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR