“Eurovision” müsabiqəsində iştirak etməklə Səbinə risk edib

MƏDƏNİYYƏT
15:54 01.06.2012
2345

"Eurovision-2012" təmsilçimiz Səbinə Babayevaya təkcə səhnədə göstərdiyi peşəkarlıq səviyyəsinə görə deyil, həm də cəsarətinə görə haqq qazandırmaq lazımdır.

Müsabiqəni keçirən ölkəni təmsil edən ifaçıların heç zaman yüksək yerləri tutmadığını bilə-bilə, hər şeyə rəğmən Səbinə iştirak etməyə cəsarət etdi. Bu cürətli qərar ən yaxşıların beşliyində Azərbaycanın şərəfli yer tutması – son 8 il ərzində müsabiqəni qəbul edən ölkənin rekord dərəcədə yüksək nəticəsi ilə mükafatlandırıldı. Əhsən, Səbinə!

OXŞAR XƏBƏRLƏR