'Eurovision' tarixində Azərbaycana çatan yoxdur - VİDEO

MƏDƏNİYYƏT
16:19 16.05.2013
2840
1956-cı ildən bu günə kimi keçirilən “Eurovision” mahnı müsabiqəsi eyni anda 600 milyona yaxın tamaşaçı topladığına görə dünyanın ən mötəbər yarışlarından biri hesab edilir. 1956-ci ildən 1996-cı ilə kimi iştirakçılara ancaq münsiflər heyəti səs verə bilərdi və ancaq onların səsverməsi nəticəsində qalib seçilirdi. Amma 1997-ci ildən bəri səsvermədə münsiflərlə yanaşı iştirakçı dövlətlərdən tamaşaçılar da iştirak edə bilər. Məhz bu, yarışmanın reytinqini daha da artırdı.Müsabiqənin ilk vaxtlarında ən çox qalib ölkələr arasında Fransa, Lüksemburq və Niderlandın adını görmək olurdu. Amma son illər bu ölkələrin adı demək olar ki, heç “üçlüyə” daxil ola bilmir.1969-cu ildə “Eurovision” tarixində 4 ölkə eyni anda yarışmanın qalibi seçildi. Belə ki, Fransa, İspaniya, Niderland və İngiltərə eyni sayda səs toplayaraq bərabər oldu. O zaman bərabər olan iştirakçılar arasında seçim qaydası olmadığına görə hər 4 ölkə qalib seçildi. Nəticədə növbəti illərdə Avstriya, Finlandiya, İsveç, Norveç və Portuqaliya bu qərara etiraz əlaməti kimi müsabiqədə iştirak etmədi.Müsabiqənin bu günə qədər ən gənc qalibi 1986-cı ildə 13 yaşlı Belçika təmsilçisi Sandra Kim olub. Hazırki qaydalara əsasən isə müsabiqədə yaşı 16-dan yuxarı olan iştirakçılar iştirak edə bilər.“Eurovision” tarixdə nəinki istedadlı ifaçılarla, həmçinin maraqlı məqamlarla yadda qalıb. 2001-ci ildən böyük beşliyə daxil olan İngiltərə, Fransa, Almaniya, İspaniya və İtaliya birbaşa finalda iştirak hüququ qazandılar. Səbəb isə bu ölkələrin mahnı müsabiqəsini daima maliyyələşdirmələridir. Bu da bir sıra ölkələr arasında müxtəlif vaxtlarda narazılıqlara səbəb olub. Son belə hadisə Türkiyənin 2013 cü il “Eurovision” yarışmasından məhz bu səbəbə görə imtina etməsi olub.“Eurovision 2013” musiqi yarışmasına xərclənən vəsait 20 milyon həcmindədir. İstifadə olunan işıq effektləri və iştirakçıların məşq günləri azaldılıb. Həmçinin daha aztutumlu konsert zalından istifadə edilir ki, bu da israfçılığın qarşısını alıb.İsveç səbəb kimi Avropada iqtisadi böhranın olduğunu göstərir. Həmçinin, təşkilatçılar ümid edirlər ki, bununla nisbətən kasıb ölkələri də müsabiqəyə ev sahibliyi etməyə həvəsləndirmək mümkün olacaq. Çünki bir neçə dəfə məhz maliyyə səbəbindən bəzi ölkələr müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdilər.Xatırladaq ki, 2012 ci il “Eurovision” mahnı yarışmasına ev sahibliyi etmiş Azərbaycan bu müsabiqəyə 45 milyon avro xərcləmişdi. Bundan əlavə daha 100 milyon avro isə “Kristal zalın” tikintisinə sərf olunmuşdu. Bununla da “Eurovision 2012” yarışması öz tarixinə ən bahalı yarışma kimi daxil oldu.O ki, qaldı İsveçə, ölkə artıq 5 ci dəfədir ki, “Eurovision”a ev sahibliyi edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
19:52 18.04.2026
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə