'Eurovision'a gələn jurnalist Azərbaycanı təhqir etdi - VİDEO
MƏDƏNİYYƏT
18:20 24.05.2012
4454
Guya “Eurovision-2012” mahnı müsabiqəsinin finalını işıqlandırmaq üçün Azərbaycana gəlmiş növbəti iranlı təxribatçı bu ölkənin “Tekon Television” telekanalının göstərişi ilə ölkəmiz haqqında çirkin yalanlar yaymaqdadır. Gün.Az xəbər verir ki, müsabiqənin işıqlandırılması üçün akkreditasiyadan keçmiş iranlı jurnalist əslində Bakının küçələri ilə gəzərək onun sakinləri və qonaqlarına təxribat xarakterli suallar verir və ölkənin inkişafı ilə bağlı olan hər bir şeyi tənqid atəşinə tutur.Öz inkişaf səviyyəsinə görə neandertal adamından o qədər də irəli getmədiyi görünən iranlı jurnalistin rəyinə görə, Azərbaycan “şeytanla əməkdaşlıq edir, müsabiqənin keçirilməsinə tamamilə hazır deyil və ümumiyyətlə son günlərini yaşayır”.Bu iranlı təxribatçı ölkəmizi “tarixən Böyük İranın kölgəsində olmuş pozğun dövlət” kimi təqdim edir.İş gününün sonunda bağlanılan mağazaların müflisləşdiyi, nahar fasiləsində “fast-food” almaq üçün növbəyə düzülən insanların isə aclıq çəkənlər olduğu deyilən tamamilə bəsit reportaj yalnız bu insanabənzər fərdin mağara səviyyəsinə gülüş hissləri doğurur.Özünü İslam mənəviyyatının bastionu adlandıran ölkənin nümayəndəsinin həmkarları qarşısında necə əzilib-büzüldüyünü, yanında dayanan qızların ayaqlarına necə baxdığını müşahidə etmək çox “əyləncəlidir”.