«Eurovision»u işıqlandıran media işçisi qaldığı otelin qarşısında taksi sürücüsünün hücumuna məruz qalıb
«Eurovision» Musiqi Festivalını işıqlandırmaq üçün Bakıya gəlmiş Belçikanın VRT telekanalının əməkdaşı hücuma məruz qalıb. Bu barədə www.hln.be saytı məlumat yayıb. Həmin məlumatda deyilir ki, həmin media nümayəndəsi Bakıda qaldığı otelin qarşısında taksi sürücülərindən birinin hücumuna məruz qalıb.
Məlumatda bildirilir ki, belçikalı jurnalist taksi sürücüsü tərəfindən möhkəm döyülüb. Həmin hadisə nəticəsində onun çənəsi sınıb. Bakıdakı xəstəxanalardan birində ilkin tibbi yardım alan media təmsilçisi dərhal öz ölkəsinə yola salınıb. /// tia.az