Mayın 21-dən etibarən Bakının mərkəzində yerləşən 30-a yaxın məktəbdə dərslər təxirə salınır. Bu barədə Gün.Az-a Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib. O qeyd edib ki, bu addım “Eurovision”la bağlı atılıb. “Bu mərkəzdə nəqliyyatın sıxlığının qarşısının alınması və şagirdlərin təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır”.