Bu ilki "Eurovision" Mahnı müsabiqəsində Türkiyəni Can Bonomo təmsil edəcək, amma türk xalqının və türkcənin başqa təmsilçiləri də səhnədə olacaq. Müsabiqədə Bolqarıstanı təmsil edəcək Sofi Marinova mahnısındakı türkcə nəqarətlə tamaşaçıları təəccübləndirəcək. İngiliscə adı "Sərhədsiz eşq" olan mahnının nəqaratında Marinova türkcə sözlərə də yer verib.