'Eurovision'un biletlərinin qiyməti açıqlandı - QIYMƏTLƏR

MƏDƏNİYYƏT
22:50 28.02.2012
9621
Biletlərin satış qaydası və qiymətləri açıqlandı May ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012 şousunun biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışda olacaq. Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq. Qeyd edək ki, ikinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq. Bildirək ki, Eurovision 2012 şousunun təşkil olunacağı arena-“Bakı Kristal Zalı”nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üşün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə yerli satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünəcək. Alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq. Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq. Eurovision Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları, eləcə də finalın məşqlərinin konsertləri əsas konsertlə tamamilə eynidir. Bu konsert canlı efirdə yayımlanan əsas konsertdən bir gün əvvəl keçirilir. Biletlərin qiymətləri 3 kateqoriya üzrə müəyyən edilib. Məşq konsertləri əsas şou ilə tamamilə eyni olsa da, biletlərin qiyməti aşağı olacaq. May ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:

Birinci yarımfinalın əsas məşqi 

21 may saat 00.00 - qiymət 30 AZN-50 AZNBirinci yarımfinal(canlı şou) 22 may saat 00.00 90 AZN-150 AZN İkinci yarımfinalın əsas məşqi 23 may saat 00.00 30 AZN-50 AZN İkinci yarımfinal (canlı şou) 24 may saat 00.00 90 AZN-150AZN Jüri finalı  25 may saat 00.00  60 AZN-100 AZNFİNAL (canlı şou) 

26 may saat 00.00  160 AZN-240 AZN

OXŞAR XƏBƏRLƏR