'Eurovision'un qalibi: 'Azərbaycanlıları çox sevirəm' - FOTO
MƏDƏNİYYƏT
15:27 27.05.2012
2972
“Mən azərbaycanlıları çox sevirəm. Ağıllı, mehriban və gülərüzdürlər”. Bunu “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi, İsveç təimsilçisi Lorin keçirdiyi mətbuat konfransında deyib. "Azərbaycanın çox gözəl mətbəxi var. İnsanlar isə çox mehribandırlar", - müğənni bildirib. Lorin bildirib ki, insanların diqqət mərkəzində olmasından o qədər razı deyil: “İnsanların diqqət yönəltməsi məni sevindirmir. Çünki utancaq insanam”. Mətbuat konfransında Lorinin anası da iştirak edib. Ona gül dəstəsi təqdim olunub. Anası Lorini qələbə münasibətilə təbrik edib.