'Eurovision'un qalibi Ruslana Alim Qasımovun ifasına valeh olub

MƏDƏNİYYƏT
12:43 28.01.2012
2828
«Eurovision-2004» qalibi Ruslana Alim Qasımovla duet oxumaq arzusundadır. Ruslana ustad xanəndə Alim Qasımovun ifasına valeh olub. Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısını dinləyən Ruslana səhnə arxasında sənətkarla görüşüb. “Mənim üçün konsertin kulminasiyası siz idiniz. Mən öz dostuma deyirdim ki, ondan sonra səhnəyə çıxmaq çətindir. İstedadınıza heyranam. İfanız heyrətamiz idi. Bizi çox təsirləndirdiniz.”Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovun sənətinə vurğunluğunu belə ifadə edib.

OXŞAR XƏBƏRLƏR