'Eurovision'un qalibləri müsabiqədən sonra nə işlə məşğul olur?

MƏDƏNİYYƏT
14:58 27.04.2012
2340
"Eurovision" mahnı müsabiqəsinin 56 qalibi arasında musiqi karyerasını bitirib, fəaliyyətini digər sahələrdə davam etdirənlər az deyil. Lakin bir çoxlarının ulduz həyatı məhz Eurovision səhnəsindən başlayıb. AZXEBER.COM-un eurovision.az saytına istinadən bu qaliblərin bəzilərinin yarışmadan sonrakı həyatından ən maraqlı məqamları sizinlə bölüşür.1956-cı ildə keçirilən müsabiqənin ilk qalibi Lis Assia (Lys Assia) səhnə həyatına rəqqasə kimi başlayıb. 1940-cı ildən isə müğənni kimi çıxış edir. 1965-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşının otel biznesində çalışmağa başlayır. 1995-ci ildə həyat yoldaşının vəfatından sonra yenidən səhnəyə qayıdır. Müsabiqənin ilk qalibi sonrakı illərdə demək olar ki, hər il bu layihəyə fəxri qonaq kimi dəvət olunur. 1958-ci ildə isə isveçrəli müğənni kraliça II Elizabeta qarşısında çıxış edir.Yarışmanın 1957-ci ilin qalibi Jori Broken (Corry Brokken) müxtəlif filmlərdə çəkilir. 1976-ci ildəki Eurovision şousunun aparıcısı olur. Bundan sonra isə o, ümumiyyətlə musiqi karyerasına son verərək hakim olmaq qərarına gəlir.Müsabiqənin 1959-ci il qalibi, niderlandlı müğənni Tedi Şoltenin (Teddy Scholten) karyerası bir müddət yüksələn xəttlə davam edir. Lakin 1974-cü ildə şou biznes sahəsindən uzaqlaşaraq, Niderland Qırmızı Xaç Cəmiyyətinin ictimai əlaqələr üzrə mütəxəssisi kimi çalışır.Jan Klod Paskalın (1961-ci ilin qalibi) Eurovision səhnəsində qazandığı qalibiyyət onun həyatında dönüş yaradır. Paskal özünü moda sahəsində sınayır, filmlərdə rol alır.İtaliyalı müğənni, müsabiqənin 1964-cü il qalibi Ciqliola Çinkvetti (Gigliola Cinquetti) qələbədən sonra yeni bir hitlə bu yarışmaya qayıdır və bu dəfə 2-ci yerə sahib olur. Lakin Ciqliola sonradan peşə istiqamətini dəyişir. O, indiyədək peşəkar jurnalist kimi fəaliyyət göstərir.İrlandiyalı təmsilçi Dana 1970-ci ildə qələbə qazanaraq "All Kinds of Everything" mahnısı ilə bütün Avropa tamaşaçılarının qəlbini fəth edir. O, bir müddətdən sonra musiqi fəaliyyətinə ara verərək, İrlandiyadakı prezident seçkilərində iştirak edir və topladığı səslərlə namizədlər arasında 3-cü yerdə qərar tutur. 1999-cu ildə isə Dana Avropa parlamentinə seçilir. Sonra yerli siyasətə atılır. Lakin bir müddət sonra siyasi fəaliyyətini donduraraq yenidən musiqiyə qayıdır.1972-ci ildə Viki Lindrosun (Vicky Leandros) əsl ulduz həyatı başlayır. Həmin il müsabiqədəki qələbəsindən sonra Avropa, Kanada, Amerika və Yaponiyada möhtəşəm karyera qurur. 90-cı illərin sonunda "Titanik" filminin məşhur "My Heart Will Go On" mahnısının alman versiyasını yazdırır. Viki Yunanıstanda Pirey şəhərinin məsləhətçisi, daha sonra isə şəhər merinin müavini vəzifəsinə seçilir. O, 2008-ci ilədək bu vəzifədə olur. Sonra yenidən musiqi aləminə dönür və Avropaya səyahət edir.1974-cü ildə Eurovision səhnəsinə çıxarkən ABBA artıq kifayət qədər populyar idi. "Waterloo" mahnısı ilə qalibiyyəti əldə edən qrupun bundan sonra uğurunun ardı-arası kəsilmir. Onların oxuduğu hər mahnı hitə çevrilir. Qrup üzvlərindən Benny & Björn yazıçı kimi fəaliyyətlərini davam etdirir. ABBA dağılsa da, onun şöhrəti hələ də dillərdə gəzir.Eurovision Mahnı Müsabiqəsi kanadalı müğənni Selin Diona (Celine Diona) fenomenal uğur gətirir. 1988-ci ildə "Ne Partez Pas Sans Moi" mahnısı ilə qələbə qazanan Selin Dion bundan sonra hər mahnısı ilə bütün dünyada hitlər şahzadəsinə çevrilir. O, bütün dövrlərin ən çox musiqi albomu satılan müğənni kimi məşhurdur.Eurovision Mahnı Müsabiqəsi ukraynalı müğənni Ruslananın həyatını tamamilə dəyişir. Bütün Avropa çartlarını zəbt edən müğənni bundan sonra siyasətə atılır və 2006-2007-ci illərdə Ukrayna parlamentinin üzvü olur. Qələbə münasibətilə şəxsən Ukrayna prezidentinin mükafatını alan Ruslana UNİCEF-in xoşməramlı səfiri təyin edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq