'Eurovison.az'ın təhlükəsizliyi kim qorumalı idi? - MÜNASİBƏT

Bütün Xəbərlər
12:23 18.05.2012
1698
Mayın 17-də günorta saatlarında “Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.az saytına daxil olmaq mümkün olmayıb. Bir sıra agentliklər bunun haker hücumu ilə bağlı olması barədə xəbərlər yayıb. Lakin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov ”mediaforum" saytına bildirib ki, müəyyən müddət ərzində eurovision.az saytına girişin mümkün olmaması haker hücumu ilə bağlı deyil. “Bu sayt haker hücumuna məruz qalmayıb”. Problemin nədə olduğuna gəlincə, Müşfiq Əmirov bildirib ki, bu barədə məlumatı “Eurovision-2012"nin təşkilat komitəsindən öyrənmək mümkündür.Xatırladaq ki, eyni hal ann.az “Eurovision-2012" yarışması ilə bağlı xəbərləri ən çox işıqlandıran saytlardan biri ilə də baş verib. Mayın 17-də sayt tamamilə dağıdılıb və orada yarışma əleyhinə şüarlar yerləşdirilib. Məsələ ilə bağlı saytın rəhbəri Zahid Əzəmət bildirib ki, təxminən saat 13:00-da ann.az saytına İran hakerləri tərəfindən hücum olunub: ”İlk öncə saytın Azərbaycan, daha sonra rus versiyası dağıdılıb. Saytın əsas səhifəsində özlərinin Azərbaycan fədailəri kimi təqdim edən dəstə tələblərini, “Eurovision” əleyhinə şüarlar və qətlə yetirilən yazıçı Rafiq Tağının şəklini yerləşdiriblər. Hazırda proqramçılar problemin həlli ilə məşğuldurlar".Dövlət üçün böyük əhəmiyyət daşıyan bir saytın bu ərəfədə bir neçə dəqiqəlik belə olsa, fəaliyyətində axsaqlıq yaranması yaxşı hal deyil. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirdi ki, adi saytlar üçün gün ərzində bu sayaq problemlərin yaşanması adi haldır. Amma strateji saytlar üçün bu, sensasion hadisədir: “Beynəlxalq əhəmiyyətli tədbirin informasiya resursuna qarşı hücum məsuliyyət və informasiya təhlükəsizliyi məsələsidir. Əgər söhbət ”Eurovision-2012" ilə bağlı saytdan gedirsə, bu dövlət əhəmiyyətli saytdır. MTN də bunu qabaqcadan nəzarətə götürməli idi. Bilinməliydi ki, bunun texniki, texnoloji göstəriciləri necədir. Yəqin ki, bunlar yoxlanıb, amma yetərli olmayıb. Hələ də Azərbaycanda kiber cinayətkarlıqla, informasiya təhlükəsizliyinin qoruması ilə bağlı boşluqlar, qeyri-müəyyənlik var".
OXŞAR XƏBƏRLƏR