"Evdə mənim sözüm keçir" - Ərindən boşanan Rahidə Baxışova

"Evdə mənim sözüm keçir" - Ərindən boşanan Rahidə Baxışova
MAQAZİN
16:48 01.10.2017
15837
ARB Ulduz"un "Şou məkan" verilişinə qonaq olan müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.
Bir vaxtlar həyat yoldaşından məhz sənətinə görə boşandığı iddiası ilə haqqında söz-söhbətlər ayaq tutub yeriyən müğənni Rahidə Baxışova eksklüziv açıqlamalar edib: "O insana qarşı çox böyük hörmətim var. Övladımın atasıdır. Bu gün bunu yaşayırıqsa, deməli, Allah tərəfindən məsləhət bu imiş. Bəlkə, başqa cür olsaydı, biz tamam bədbəxt olardıq. Madam olmur, deməli, Allahın bir biləcəyi var da. Biz kimik ki? Evimdə mənim sözüm keçərlidir. Uşaqlarıma da mənim sözüm keçərlidir. Çünki mən böyüyəm. Mən uşaq deyiləm. Heç kəs mənə deyə bilməz ki, bunu et, bunu etmə". 

Müğənni onun açıq-saçıq geyimlərlə məşhurlaşacağını söyləyənlər haqda da danışdı: "Prodüserlərdən biri dedi ki, Rahidə niyə dəyişiklik etmirsən? Deyir, sən klip çəkdirsən, məşhurlaşmaq üçün açıq-saçıq fotosessiyalar etməlisən. Dedim ki, mən heç vaxt bunu edə bilmərəm. Mənim övladım olmasaydı belə, mən heç vaxt açıq-saçıq geyinməzdim. Paltar seçəndə bel hissəsi açıq olan paltarlar göstərəndə deyirəm ki, mənə belə geyimlər göstərməyin. Mən hara gedirəmsə, ora nə geyinəcəyimi bilən insanam".

Rahidə Baxışova sənəti və yeniliklərindən də söz açıb: "Studiyada yeni mahnı yazdırırıq. Sözləri və musiqisi Zülfü Bədəlovundur. Zülfü Bədəlovdan aylar öncə bir mahnı oxumuşdum. İndi bu, ikinci mahnıdır, oxuyuram. Üçüncü mahnı da olacaq. Çox gözəl mahnıdır, "Deməsinlər".

İfaçıya daha da sürətlə irəli getmək üçün bayağı və ya hazırda gündəm yaradan bəsit mahnılar oxumağı təklif etsələr də, o bununla razılaşmayıb: "Ümumiyyətlə, bayağı mahnılar ifa etmirəm. Mən bəstəkar mahnıları və klassik mahnılar oxuyuram. Bəzən deyirlər ki, tamaşaçının hazırkı zövqü budur. Gəl, filankəsin oxuduğu tərzdə oxu və sənə daha çox insan qulaq assın. Mən heç vaxt elə bayağı mahnılar oxumamışam, oxumayacam da".

Rahidə Baxışova mahnı almaq üçün müraciət etdiyi bəstəkarın adını çəkməsə də, həmin adamın müğənniyə fantastik qiymət oxumasından da bəhs edib: "Bəstəkarlarımızdan biri mənə zəng vurdu ki, sənə mahnı vermək istəyirəm. Fikirləşdim ki, bu, elə bəstəkardır ki, mənə mahnını hədiyyə edəcək. Dedim gələcəm. Getdim. Mənə elə qiymət dedi ki, dondum qaldım. Mən ailə saxlayıram, evimin xərcləri var. Görürəm ki, heç cür alınmaz. Əgər tək olsaydım, alınardı".

Sonda isə o, əməliyyat olması haqda yayılan xəbərlərə də münasibət bildirib: "Elə ciddi bir əməliyyat deyil. Sadəcə, estetik əməliyyatdır. İllər öncə baş vermiş bir hadisənin fəsadlarını aradan qaldırıram. Mən, bilirsiz də, burun əməliyyatı keçirmişəm. Burun əməliyyatından sonra üz quruluşum dəyişdi, yanaqlarım şişdi. Hətta dedilər ki, burnunu əməliyyat etdirib, yanaqlarına da gel doldurub. Ancaq bu, heç vaxt olmayıb". 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
16:01 21.10.2026
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
15:52 21.10.2026
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
15:45 21.10.2026
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Qripdən qoruyan 5 qida - SİYAHI
15:25 21.10.2026
Qripdən qoruyan 5 qida - SİYAHI
Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?
15:24 21.10.2026
Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?