Evdən qaçan qızı zorladı, sonra iş adamlarına satdı - FOTOLAR

Evdən qaçan qızı zorladı, sonra iş adamlarına satdı - FOTOLAR
Bütün Xəbərlər
16:36 16.05.2013
3043

Qızın 17 yaşı var.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin İğdır vilayətində baş verib.İğdırda yaşayan dörd uşaq atası, 34 yaşlı Y.T. evdən qaçan 17 yaşlı qıza əvvəlcə təcavüz etdiyinə, daha sonra isə onu iş adamlarına satdığına görə həbs edilib.Mayın 9-da evdən qaçan K.Ö. yolda gedərkən təsadüfən İ.A. adlı şəxslə tanış olub. Qalmağa yeri olmadığını öyrənən kişi iddiaya görə, gənc qızı dostu Y.T. və onun sevgilisi Sevilin ortaq evinə aparıb. Burada Y.T. qızı zorlayıb. Həmin evdə yaşamağa başlayan qızı sözügedən şəxs sonra dəfələrlə müxtəlif iş adamlarına pul müqabilində satıb.Mayın 13-də həmin evdən qaçan və polisdən sığınacaq istəyən qız ifadə verib. O, öz evlərindən niyə qaçdığını isə açıqlamayıb.Uşaqların sığınacaq evinə yerləşdirilən K.Ö. adlı qızı zorlayanların axtarılaraq tapılması istiqamətində cinayət-axtarış tədbirlərinə başlanıb. Y.T. isə azadlıqdan məhrumetmə, uşağın cinsi istismarı, fahişəliyə sövq etmə, vasitəçilik etmək maddələri üzrə ittiham olunaraq həbs olunub.

OXŞAR XƏBƏRLƏR