Əvəz Zeynallı haqqında yeni rüşvət iddiası

Əvəz Zeynallı haqqında yeni rüşvət iddiası
Bütün Xəbərlər
19:41 04.11.2011
1382

"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı əlavə ittiham irəli sürülüb. Bu barədə APA-ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, daha üç nəfər Ə. Zeynallıya rüşvət verməsi ilə bağlı istintaq orqanı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Həmin şikayətlər əsasında Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Qeyd edək ki, "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bəyan edib ki, aparılan istintaqla müəyyən edilib ki, Əvəz Zeynallı deputat Gülər Əhmədovabarəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manatı rüşvət kimi istəyib. Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR