"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var

"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var
SOSİAL
15:16 02.09.2026
1353
"TikTok”da Çevik ləqəbi ilə tanınan Məqsəd Bağırov bir nəfər tərəfindən döyülüb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır. Məlumata görə, Məqsəd Bağırova xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqsəd Bağırovun hansı səbəbdən döyüldüyü hələlik məlum deyil. Hadisənin təfərrüatları araşdırma zamanı müəyyənləşdiriləcək.

Qeyd edək ki, Məqsəd Bağırov "TikTok”da canlı yayımları ilə məşhurdur. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR