Evini kirayəyə verənlərə kompensasiya ödənilməyəcək

Evini kirayəyə verənlərə kompensasiya ödənilməyəcək
Bütün Xəbərlər
16:59 22.05.2015
2439
Məhkəmə qərar verməlidir.
Bakıda baş verən dəhşətli yanğından sonra binada kirayə qalan sakinlərin kompensasiya məsələsinə Bakı meri bir daha aydınlıq gətirib.
Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya ödənilməyəcək:
“Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməlidir və həqiqətən də qonşuların şahidliyi ilə o binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək”.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR