Evini tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı

Evini tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı
SOSİAL
09:31 11.11.2021
245
Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR