Evlənmək istəyən 77 yaşlı kişi arzusuna çata bilmədiyi üçün özünü öldürdü

Evlənmək istəyən 77 yaşlı kişi arzusuna çata bilmədiyi üçün özünü öldürdü
Bütün Xəbərlər
11:57 01.11.2012
1527
11:17
Qax rayonunda ötən gün özünü öldürən yaşlı kişinin özünə qəsd etməsinin ilkin səbəbi məlum olub. Rayon Prokurorluğundan verilən məlumata görə, 77 yaşlı Əlim Kərimovun iki ay əvvəl həyat yoldaşı dünyasını dəyişib.
Həmin vaxtdan sonra əsəbləri korlanan Ə.Kərimov övldalarına evlənmək istədiyini bildirib. Onlar isə buna etraz ediblər. Dünən isə oğlu atasının asılmış meyitini yaşadığı evdə tapıb.
10:46
Bu barədə Qax Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə Qax şəhərində qeydə alınıb. 1935-ci il təvəllüdlü, Qax şəhər sakini Kərimov Əlim Yusif oğlu ozünü yaşadığı evin həyətyani sahəsində tikilmiş yardımçı tikilinin tirindən asaraq intihar edib.
77 yaşlı Əlim Kəromovun özünə qəsd etməsinin səbəbləri hələ ki məlum deyil. Fakla bağlı Qax rayon Prokurorluğunda CM-nın 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə çinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR