Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min manat kompensasiya verilə bilər

Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min manat kompensasiya verilə bilər
SOSİAL
11:09 29.05.2025
741
Bakıda yaxın aylarda genişmiqyaslı söküntü işlərinə başlanacağı gözlənilir. Şəhərin bir sıra köhnə və qəzalı tikililərinin yerində yeni yaşayış komplekslərinin inşası planlaşdırılır.

Bu səbəbdən, xüsusilə kvadratı az olan evlər üçün kompensasiya və ya satış qiymətlərinin yenidən müəyyənləşdirilməsi gündəmdədir.

Bazar dəyərinə yaxın qiymətlərin qorunması, vətəndaşların ədalətli şəkildə razı salınması baxımından vacibdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir:

"Bu çox həssas bir məsələdir. Qanunla mülkiyyətçinin öz əmlakını satmamaq hüququ var və bunu heç kim poza bilməz. Amma mövcud şəhərsalma qaydaları, yeni qanunvericilik aktları da var. Bu proses həyata keçirməlidir, şəhərsalmanın qabağını almaq da olmaz. Bakının mərkəzində birmərtəbəli kommunal şəraiti ötən əsrin tələblərinə uyğun olan, minimum yaşayış şərtlərinə cavab verməyən, istismar müddətini çoxdan başa vuran və qəzalı vəziyyətdə olan tikililərin qalması düzgün yanaşma deyil. 

Nazirlər Kabineti qiymət tənzimləyən qurum deyil. Nazirlər Kabineti bu məsələdə hələ ki, nəyəsə müdaxilə edə bilmir. Bəzən tikinti şirkətləri bu arqumenti vətəndaş qarşısında vəziyyətdən çıxmaq üçün qeyri-qanuni formada istifadə edir. Bu da doğru yanaşma deyil. Misal üçün tikinti şirkəti deyir ki, Nazirlər Kabineti 2 min AZN vəd edib. Lakin vətəndaşlar bilməlidir ki, belə bir şey yoxdur. Nazirlər Kabineti rəqəm müəyyən etmir". 

Ekspert əlavə edib ki, əgər hər hansı tikili dövlət tərəfindən sökülürsə, müvafiq zərurətdən meydana gələrək fərman, sərəncam və digər müvafiq normativ hüquqi aktların icrası çərçivəsində satınalma yolu ilə prosesə qiymətləndirici cəlb edilir:

"Qiymətləndirici həmin əmlakı qiymətləndirir və o da mövcud praktikaya və qanunvericiliyə uyğun olaraq əlavə 15-30 faiz kompensasiya ödəyir, vətəndaş əmlakını tərk edir. Bəzən elə olur ki, vətəndaşa məxsus tikilinin sahəsi həddən artıq az olur. Bu sahələrə görə ödənilən kompensasiya vətəndaşa mənzil sahibi olmaq imkanı vermir. Bununla bağlı hesab edirəm ki, tikinti şirkətləri bir qədər insaflı, ədalətli davranmalıdır. Amma bunu da etiraf etməliyik ki, bir çox hallarda tikinti şirkətləri də çox çətin durumda qalırlar. Bu da vətəndaşların həddən artıq kompensasiya tələb etməsi ilə əlaqədar olur. 

Təbii ki, heç kim öz evindən pulsuz çıxmayacaq. Bu zaman vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif olunur. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq 3 ilə qədər kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur. 

Bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir. Tikinti şirkəti vətəndaşı da başa düşməlidir. Kvadratı az olan vətəndaşlara verilən kompensasiyanın məbləği 4 mn AZN olmalıdır. Eyni zamanda kvadratı çox olan vətəndaşa isə differensiallaşma tətbiq edilsin, 2500 manat kompensasiya verilsin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı