Evləri sökülən sakinlər ötən gün Prezident Administrasiyasının qarşısına toplaşıblar.
Z.Bünyadov prospekti ilə E.Salamzadə, A.Mustafayev və Huseynbala Əliyev küçəsinin kesişməsində (3-cü mkr qovşağı - Qələbə Meydanı istiqamətində) müxtəlif yol otürücüsünün tikintisi ilə əlaqədar tikinti altına düşən mülkiyyətlərin sökülməsi məsələsi problemə çevrilib. Sakinlərin AZXEBER.COM-a verdikləri məlumata görə, "Azeryolservis" ASC tərəfindən aparılan söküntü işlərində bir çox qeyri-qanuni işlər görülür. Sakinlərin sözlərinə görə, 51 ev layihəyə düşür və söküntü başlamazdan əvvəl hər kvadrat metrə 1200 AZN ödəniş ediləcəyi bildirilib. Ərazidə yaşayan əhalinin əksəriyyəti bu qiymətlə razılaşsa da, daha sonra onlara 650-700 AZN arası pul verilib.
Məsələ ilə bağlı Prezident Administrasiyasının önünə yığışan sakinlər, bir neçə saat sonra dağlışıblar. Onlar 5 iyul tarixində baş nazirin birinci müavini Abid Şərifovla görüş keçirəcəklərini bildiriblər.