Türkiyənin Ankara şəhərində xoşağəlməz hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iki ailə qonşularına qonaq gedib. Qonaq gələn ailələrin 7 yaşlı 2 qızı otaqda oynayarkən, ev sahibi uşaqların yanına gələrək hər iki qızı zorlayıb. Qızlara təcavüz etdikdən sonra o, hadisənin gizli qalması üçün uşaqlara oyuncaq alacağını söyləyib.
Bir müddət sonra hadisəni ailələrinə danışan qızlar, qonşularının onları təcavüz etdiyini söyləyiblər. Azyaşlı qızların ailələrinin şikayəti ilə cinayətkar məhkəməyə verilib. Məhkəmənin istəyi ilə hər iki qız psixoloq tərəfindən nəzatərə götürülüb.
Məhkəmə cinayətkara 30 il həps cəzası verib. Müəyyən müddət sonra, onun cəzası 25 ilə endirilib.
Ozal İbrahimli