AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, 6 il bundan əvvəl evlənmək təklifi rədd edildikdən sonra Məcid Mövahədi adlı şəxs Əminə Bəhraminin üzünə turşu atıb. Üzü və bədəni yanmış gənc qız nəticədə görmə qabiliyyətini itirib.
Məhkəmə Əminə Bəhraminin də Məcid Movaxedi sirkə turşusu ilə kor etməsi barədə hökm verib. Əminə Bəhrami “BBC”yə müsahibəsində son 6 il ərzində ilk dəfə özünü xoşbəxt hiss etdiyini bildirib: “Mənə deyiblər ki, cəza həkim tərəfindən yerinə yetiriləcək. Lakin mən bunu özüm etmək istəyirəm. İmkan verin ki, cəhd edim, alınmasa işi həkim başa vura bilər”
Məhkəmənin qərarına görə, Məcid Movaxedinin gözünə sirkə turşusu tökülməzdən əvvəl ona narkoz veriləcək. Əminə Bəhrami bu hökmü özü icra etmək istəsə də, kor olduğu üçün bunu necə həyata keçirəcəyi sual altındadır. Böyük ehtimalla, Məcid Movaxedinin gözünə sirkə turşusunu Əminə Bəhraminin qohumlarından biri tökəcək.
Müttəhimin qohumları isə Məcidə rəhm göstərməyə çağırırlar. Onun atası “BBC”yə verdiyi müsahibəsində Məcidin bağışlanmasını İran rəsmilərindən xaiş edib: “Oğlumun səhv etdiyini etiraf edirəm. Mən Əminənin bu cür qərara haqqı olduğunu lap başdan demişəm”.
Qeyd edək ki, qisas hökmü bu gün icra olunmalıydı. Amma hökmün icrası naməlum səbəbdən başqa vaxta təxirə salınıb.
{jcomments off}