Əvvəlcə döyüb sonra kəsici alətlə xəsarət yetirdilər - Araşdırma aparılır
HADİSƏ
20:55 11.02.2026
813
Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Cavad Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb. Adıçəkilən şəxsə tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətlə ona xəsarət yetirilib.