“Express Bank”dan 30 milyondan çox depozit geri çəkildi: Aktivlər azalıb

“Express Bank”dan 30 milyondan çox depozit geri çəkildi: Aktivlər azalıb
İQTİSADİYYAT
17:37 12.07.2024
711
"Express Bank” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Express Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% azalaraq 6 milyon 19 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 6 milyon 320 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 19.4% artaraq 32 milyon 185 min manat, faiz xərcləri isə 25% artaraq 8 milyon 926 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.8 milyon manata ( illik müqayisədə 6.3% çox ), qeyri-faiz xərcləri isə 23.3 milyon manata ( illik müqayisədə 12.7% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 9 milyon 806 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.

Cari il iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.3 milyon manat azalaraq 556.8 milyon manata enib. Cari ilin ilk 6 ayında "Express Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 31.7 milyon manat artaraq 440,9 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 205.4 milyon manat ,biznes kreditləri 126.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 108.8 milyon manat təşkil edib.

Bu dövrdə "Express Bank”ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 9.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari il iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.2% və ya 18.6 milyon manat artaraq 170.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 39.1% və ya 30.6 milyon manat azalaraq 47.7 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5.2% və ya 12 milyon manat azalaraq 218.4 milyon manata enib.

Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri altı ayda 15.3 milyon manat artaraq 169.7 milyon manata yüksəlib.

2024-cü il iyul ayının 1-nə "Express Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.9% və ya 6.3 milyon manat artaraq 136 milyon 235 min manat təşkil edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
22:37 14.08.2026
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
Bu bürclər iş təklifi alacaq
22:24 14.08.2026
Bu bürclər iş təklifi alacaq