"Özümə də, komanda yoldaşlarıma da güvənirəm. Düşünürəm ki, istənilən vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik".
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Eyden Makkarti UEFA Çempionlar Liqasının IV turunda Norveç təmsilçisi "Vikinq"lə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
Müdafiəçi rəqibin əks-hücumlarına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb:
"Təkcə müdafiə xətti deyil, bütün komanda vahid kollektiv kimi oynamalıdır. Hər vəziyyət fərqli yanaşma tələb edir".
Makkarti Çempionlar Liqasında vurduğu ilk qolun ona necə təsir etdiyindən də danışıb:
"Bu, özünəinamı artırır. Belə fürsət hər kəsə tez-tez nəsib olmur. Mənim üçün əsas məsələ bu uğuru növbəti oyuna daşımaq və yenidən fürsət yaranarsa, topu qapıya göndərməkdir. Eyni zamanda müdafiədə etibarlı oynamalıyıq".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.











































