Eynulla Fətullayevdən yeni media layihələri

Eynulla Fətullayevdən yeni media layihələri
MEDİA
19:07 21.04.2013
1283

Tanınmış hüquq müdafiəçisi Eynulla Fətullayev yeni bir media layihəsinə start verməyə hazırlaşır.

E.Fətullayevin rəhbərlik edəcəyi yeni internet portal üçün artıq jurnalist heyəti yığır.

Modern.az-a açıqlamasında hüquq müdafiəçisi məlumatı təsdiq edib. “Bu məlumat doğrudur. Hazırda haqqın.az saytı fəaliyyət göstərir. Bundan sonra isə Azərbaycan dilində də layihə üzərində işləyirik. Yaxın zamanlarda bu internet portal fəaliyyətə başlayacaq”-deyə E. Fətullayev vurğulayıb. Eynulla Fətullayev yeni portalın adını deməyib. Onun sözlərinə görə, portalın adı ilə bağlı xüsusi açıqlama olacaq. “Qəzetin də nəşrə başlaması gözlənilir. Biz jurnalistlərdən ibarət komanda yığırıq. Bu layihədə tanınmış imzalar da olacaq. Xəbər portalı ilə yanaşı qəzet də nəşrə başlayacaq”-deyə hüquq müdafiəsi bildirib.

OXŞAR XƏBƏRLƏR