“Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

“Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR
SOSİAL
17:04 07.11.2025
218
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi "Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Natiq İsmayılovun məzunu olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə şəhidimizin ailə üzvləri, yaxınları, kursant və zabit yoldaşları, eləcə də şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. 

Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılığı ilə baş tutan tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Qeyd edilib ki, 2020-ci ilin 27 sentyabrı ölkəmizin tarixində silinməz iz qoyan, bizə şanlı qələbəni yaşadan Vətən müharibəmizin başlanğıcı oldu. Həmin gün xalqımız haqq savaşına çıxdı və 44 günün sonunda 30 illik torpaq həsrətimiz, Qarabağ dərdimiz sona yetdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin öndərliyi, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində bu gün Azərbaycan suverendir. Bu qələbədə ən böyük pay sahibi isə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimizdir. O şəhidlər ki, adları əbədi olaraq Vətən tarixinə, xatirələri xalqımızın qəlbinə yazıldı. Təqdimatına yığıldığımız bu kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı mövzu alıb. Bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb. 

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışı zamanı Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb:

Şəhid Natiq İsmayılovla uzun illər bigə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: "Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bəlkə də bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub”. 

Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş video-çarx nümayiş olunub. 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib. 
N.İsmayılovun xidmət yoldaşları- polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər. 

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, "Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib, gəncləri qəhrəman şəhid və qazilərimizdən örnək olaraq Azərbaycanımızın suverenliyini əbədi qorumağa çağırıb. 

 "Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi- beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib. 

Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən şəhid N.İsmayılovun həyat yoldaşı Nigar İsmayılova Natiqin vətən sevgisindən danışıb, bu sevgi ilə canını qurban verdiyini deyib. Natiqin və bütün şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağına inandığını deyən N.İsmayılova onların adının yaşadılması üçün addım atan hər kəsə təşəkkür edib. 

Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan "Vətənim Azərbaycan”, ADMİU-nun məzunu Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan "Gözəl Vətən” mahnılarını ifa ediblər. 

Əslən Qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında "Azərbaycan Vətənim” mahnısı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
22:08 18.06.2026
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO