“Əziyyət çəkmədik, asanlıqla çıxardıq” - Soyğunçu xalaoğlunun səmimi etirafları

“Əziyyət çəkmədik, asanlıqla çıxardıq” - Soyğunçu xalaoğlunun səmimi etirafları
KRİMİNAL
12:49 15.03.2019
6414

Şəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini Hacı Hacıyev ötən il mayın 5-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mayın 4-ündən 5-nə keçən gecə qardaşı Bəxtiyar Hacıyevə məxsus mənzildə oğurluq törədildiyini bildirib. Əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi, nəhayət, bu ilin mart ayında oğurluq edən şəxslərin kimliyini müəyyən edə bilib. Məlum olub ki, cinayəti zərərçəkənin yaxın qohumu 48 yaşlı Afiq Hacıyev və onun həmkəndliləri törədib.

Mehrab Məmmədov - Baş müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, əvvəllər qəsdlə adam öldürmə maddəsi ilə məhkum olunmuş Alyarov Afqan Yaqub oğlu, Hacıyev Afiq Rafiq oğlu və Xəlilov İsmət Yusif oğlunun olması müəyyən edilib. 13 mart 2019-cu il tarixdə hər üç şəxs şübhəli şəxs qismində tutularaq Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə təhvil verilib".

Oğurluq yolla əldə edilən qiymətli əşyaların biri tapılaraq maddi sübut kimi tanınıb. Dəstənin ən kiçik üzvü 27 yaşlı İsmət Xəlilov cinayəti bir neçə gün əvvəldən planlaşdırdıqlarını və oğurluqda gözətçi kimi iştirak etdiyini deyib.

İsmət Xəlilov - Saxlanılan şəxs: "Təklif etdi ki, belə bir ev var, boşdur. Mənə demədi ki, xalam oğlunun evidir. Bilmirdim. Mənə dedilər ki, qıraqda gözlə, sənlik heç nə yoxdur. Bunlar girdilər içəri, bir saat sonra çıxdılar. Əşyaları iki evin arasına yığdılar. Sonra mənə Əfqan 80 manat verdi ki, sən get, sənlik iş yoxdur. Mən də çıxıb gəldim".

Ev sahibinin xalası oğlu Afiq Hacıyev də qohumunun evini qarət etdiklərini səmimi etiraf edib. O, əvvəllər xalası oğlunun evində usta kimi çalışdığını bu səbəbdən də qiymətli əşyalarının yerini müəyyən etməkdə çətinlik çəkmədiklərini bildirib.

Afiq Hacıyev - Saxlanılan şəxs: "İki gün, üç gün gedib baxdıq, gördük işıq yanmır, heç kim yoxdu. Orada istixana vardı. Gördük orada da heç kim yoxdur. Arxayın olduq, qapını açıb içəri girdik. Sol tərəfdə otaqda əşyalar yığılmışdı. Əziyyət çəkmədik, asanlıqla çıxardıq".

Cinayətin təşkilatçısı hesab edilən Əfqan Alyarov da ortaqları ilə həmfikir olduğunu deyib. Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların bu kimi başqa cinayətlərdə əlinin olub-olmaması istintaq yolu ilə araşdırılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir