"Əziz Vlad! "Ərəb baharı" sənə yaxınlaşır" – Putinə tövsiyə

"Əziz Vlad! "Ərəb baharı" sənə yaxınlaşır" – Putinə tövsiyə
Bütün Xəbərlər
01:10 07.12.2011
1511

Amerikalı senator Con Makkeyn əmindir ki, Putin rejimini Liviya, Tunis və Misirdəki hadisələr gözləyir.

ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti postuna namizəd olan Vladimir Putinə “Ərəb baharı”nı vəd edir. Makkeyn “Twitter”dəki səhifəsində “Əziz Vlad! “Ərəb baharı” sənə yaxınlaşmaqdadır” yazıb. Bu sözlər amerikalı senatorun “Wall Street Journal” nəşrində yer alan məqalənin şərh bölməsində yerləşdirilib. “Wall Street Journal”dakı məqalə Rusiya Dövlət Dumasına seçkilərin nəticələrinə həsr olunmuşdu. Senator Makkeyn əmindir ki, Putin rejimi Liviya, Tunis və Misirdə olduğu kimi dəyişəcək.

OXŞAR XƏBƏRLƏR