“Əzizlərini istəyirlər, nə cavab verək onlara?” – Mirvari Qəhrəmanlı

“Əzizlərini istəyirlər, nə cavab verək onlara?” – Mirvari Qəhrəmanlı
Bütün Xəbərlər
11:13 07.12.2015
1570
““Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğıla bağlı bu gün səhər saatlarından etibarən heç bir məlumat ala bilmirəm”.
Bunu  açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib. Bildirib ki, məlumat ala bilmədiyindən itkin düşən neftçilərin ailələrinə də nəisə bir xəbər deyə bilmir: “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev hadisə yerindədir. Səhər saatlarından başlayaraq, yanğın yerindən heç bir məlumat ala bilmirəm. Orada dünyalarını dəyişən insanların ailələri dayanmadan zəng edir, ağlayırlar. Əzizlərini istəyirlər, nə cavab verək onlara?”
M.Qəhrəmanlı yanğın zamanı neftçiləri xilas etməyə gələnlərin platformaya yaxınlaşa bilmədikləri üçün məsuliyyət daşıdıqlarını qeyd edib: “Yəqin ki, buna cavab verə biləcək adamlar olacaq”.
Xatırladaq ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə dekabrın 4-də yanğın baş verib. Yanğın zamanı 63 nəfərin xidmətdə olduğu deyilir. Onlardan 32 nəfərin xilas edildiyi bildirilir. 2 nəfərin isə öldüyü rəsmən təsdiqlənib. 29 nəfər itkin düşmüş sayılır.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR