"Fənərbaxça" öldü-öldü dirildi...

İDMAN
06:42 25.04.2011
2234
Bu tura qədər lider olan "Trabzonspor" həftəni xal itkisi ilə yekunlaşdırıb. "Eskişəhərspor"un qonağı olan Qara dəniz təmsilçisi meydandan bərabərliklə ayrılıb - 0:0.

Dünən üç oyun keçirilib. "Karabükspor" "Sivasspor", çempion "Bursaspor" "Manisaspor"u 2:1 hesabı ilə yenib. Qara zolaqdan çıxa bilməyən "Qalatasaray" evdə "Kayserispor"la heç-heçə oynayıb - 1:1.
Bu gün daha dörd oyun baş tutub. "Gənclərbirliyi" "Kasımpaşa" ilə sülh bağlayıb - 1:1. "Qaziantepspor" "Antalyaspor" 2:1, "İstanbul BB" - "Ankaragücü"nı 4:1 hesabı ilə yenib.

Dramatikliyi ilə seçilən "Bucaspor" - "Fənərbaxça" oyununda qapılara 8 qol vurulub. Hesabı 15-ci dəqiqədə Musa Aydın açsa da, iki dəqiqə sonra Emre Belezoğlu tarazlığı bərpa edib. 38-ci dəqiqədə Abdul Ozgen yenidən "Bucaspor"u hesabda önə keçirib. 54-cı dəqiqədə Abdul Ozgen fərqi iki topa çatdırıb. Lakin Aleks komandasını məğlubiyyətdən xilas edib. 59-cu dəqiqədə penaltidən fərqlənən kapitan üç dəqiqə sonra dublunu rəsmiləşdirib. 71-ci dəqiqədə Daniel Quiza, əlavə vaxtda isə Andre Santos daha iki dəfə fərqlənərək, "Fənərbaxça"nı turnir cədvəlinin zirvəsinə daşıyıb. "Sarı-lacivərdlilər" turnir cədvəlinin zirvəsində yer alsa da, "Trabzonspor"la eyni sayda xal toplayıb - 70.
Tura sabah keçiriləcək "Konyaspor" - "Beşiktaş" oyunu ilə yekun vurulacaq.

Türkiyə
Superliqa
XXX tur

22 aprel
Əskişəhərspor - Trabzonspor 0:0

23 aprel
Karabükspor - Sivasspor 2:1
Qollar: Emenike, 34. Hikmet, 60 - Eneramo, 64.

Bursaspor - Manisaspor 2:1
Qollar: Sercan, 3. Erdoğan, 9 - Güven, 21.

Qalatasaray - Kayserispor 1:1
Qollar: Gökhan Zan, 2 - Durak, 20.

24 aprel
Gənclərbirliyi - Kasımpaşa 1:1
Qollar: Oktay Delibalta, 74 - Halil Colak, 24.

Qaziantepspor - Antalyaspor 2:1
Qollar: Cenk Tosun, 60; 76 - Kerem Seras, 47.

İstanbul BB - Ankaragücü 1:4
Qollar: Metin Depe, 50 - Umit Kurt, 3. Turqut Sahin, 14. Fatih Tekke, 51. Draqo Qabriç, 69.

Bucaspor - Fənərbahçə 3:5
Qollar: Musa Aydın, 15. Abdul Ozgen, 38; 54 - Emre Belezoğlu, 17. Aleks, 59-pen; 62. Daniel Quiza, 71. Andre Santos, 90+2.

25 aprel

OXŞAR XƏBƏRLƏR