Bu tura qədər lider olan "Trabzonspor" həftəni xal itkisi ilə yekunlaşdırıb. "Eskişəhərspor"un qonağı olan Qara dəniz təmsilçisi meydandan bərabərliklə ayrılıb - 0:0.
Dünən üç oyun keçirilib. "Karabükspor" "Sivasspor", çempion "Bursaspor" "Manisaspor"u 2:1 hesabı ilə yenib. Qara zolaqdan çıxa bilməyən "Qalatasaray" evdə "Kayserispor"la heç-heçə oynayıb - 1:1. Bu gün daha dörd oyun baş tutub. "Gənclərbirliyi" "Kasımpaşa" ilə sülh bağlayıb - 1:1. "Qaziantepspor" "Antalyaspor" 2:1, "İstanbul BB" - "Ankaragücü"nı 4:1 hesabı ilə yenib.
Dramatikliyi ilə seçilən "Bucaspor" - "Fənərbaxça" oyununda qapılara 8 qol vurulub. Hesabı 15-ci dəqiqədə Musa Aydın açsa da, iki dəqiqə sonra Emre Belezoğlu tarazlığı bərpa edib. 38-ci dəqiqədə Abdul Ozgen yenidən "Bucaspor"u hesabda önə keçirib. 54-cı dəqiqədə Abdul Ozgen fərqi iki topa çatdırıb. Lakin Aleks komandasını məğlubiyyətdən xilas edib. 59-cu dəqiqədə penaltidən fərqlənən kapitan üç dəqiqə sonra dublunu rəsmiləşdirib. 71-ci dəqiqədə Daniel Quiza, əlavə vaxtda isə Andre Santos daha iki dəfə fərqlənərək, "Fənərbaxça"nı turnir cədvəlinin zirvəsinə daşıyıb. "Sarı-lacivərdlilər" turnir cədvəlinin zirvəsində yer alsa da, "Trabzonspor"la eyni sayda xal toplayıb - 70. Tura sabah keçiriləcək "Konyaspor" - "Beşiktaş" oyunu ilə yekun vurulacaq.