Fərid Şahbazlı “İslahatçı Gənclər”in sədri seçildi

GƏNCLİK
19:40 14.06.2011
2987
5 ildir ki, Azərbaycanın gənclər sektorunda fəaliyyət göstərən “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı (UGT) bundan sonra “İslahatçı Gənclər” İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmış şəkildə fəaliyyət göstərəcək.

Qurumun mətbuat xidmətinin məlumatına görə, iki təşkilatın ötən həftə keçirilən birgə iclasında iki gənclər birliyinin birləşməsi və “İslahatçı Gənclər” İctimai Birliyi adı altında fəaliyyət göstərməsi qərara alınıb. İclasda “Gənc Liderlər” UGT-nin rəhbəri Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri seçilib.

OXŞAR XƏBƏRLƏR