Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim"

Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim"
İDMAN
23:45 07.08.2026
1173
"Qarabağ"da oynamaq şansımın olmadığını hiss edirdim. Bəzi oyunlarda yaxşı çıxış etsəm də, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdım. Məhz bu da ayrılmaq qərarını verməyimə səbəb oldu. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam".

AZXEBER.COM xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Fabian Buntiç deyib.

29 yaşlı qapıçı Azərbaycanda çıxış etdiyi dövrü dəyərləndirərək burada böyük təcrübə qazandığını bildirib:
"Azərbaycanda yüksəksəviyyəli futbol oynamaq mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, bu təcrübə gələcək karyeramda mütləq fayda verəcək".

Buntiç "Qarabağ"ın avrokuboklardakı şansına da münasibət bildirib: "Qarabağ"ın əsas məqsədi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Komandanın qarşısında güclü rəqib var və bu mərhələni keçsələr belə, növbəti raund da çətin olacaq. Bununla belə, futbolda hər şey mümkündür.
"Qarabağ" əvvəllər də belə çətin sınaqlardan uğurla çıxıb. Mən də onlara uğurlar arzulayıram".

Portuqaliyanın "Farense" klubuna transferindən danışan qolkiper yeni komandasında özünü xoşbəxt hiss etdiyini vurğulayıb:

"Yeni bir çağırış axtarırdım. Yenidən futbol oynamaqdan zövq almaq və sevincimi geri qaytarmaq istəyirdim.

"Farense" bunu mənə yenidən bəxş etdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu klubu seçməyimin əsas səbəbləri yüksək həyat keyfiyyəti və müntəzəm oynamaq imkanı idi. Mən və ailəm Portuqaliyanı çox sevirik. Qərarımda bu amil də mühüm rol oynadı".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO