Rumıniyada Facebook-da tanış olduğu kişinin qurbanı olmuş qadın ölümdən zorla qurtulub.
30 yaşlı Eliza Draqne subaydı və ailə qurmağı arzulayırdı. O, Facebook-da Niku Alin Kristya ilə tanış olmuşdu. Kristya görüş zamanı bu qadına təcavüz edib, sonra da vintaçanla zavallıya bir neçə zərbə vurub. Zərbələrdən biri qadının boynunda ölümcül yara açmışdı.
Ölüm ayağında olan qadın xəstəxanaya aparılanda koma vəziyyətinə düşməzdən əvvəl polisə onu vuran adam barədə məlumat verib.
Polisdən verilən məlumata görə, 29 yaşlı Niku Alin Kristya Facebook-da 30 yaşlı Eliza Draqne ilə tanış olanda özünü ona "yetim uşaqlara humanitar yardım göstərən təşkilatın banilərindən biri" kimi təqdim edibmiş.
Daha sonra o, qadını görüşə dəvət edib.
Eliza Draqne bu görüş barədə ailə üzvlərinə və rəfiqələrinə heç nə deməyərək yeni münasibətlərini sirr saxlayıb.
Görüş Rumıniyanın cənubundakı Aleksandriya şəhərinin həndəvərində olub.
Eliza ilə görüşəndən sonra Niku qadını vəd etdiyi bara aparmaq əvəzinə, maşını meşəliyə sürüb.
Burada qadını amansızlıqla döyən Niku Alin Kristya qurbanını vəhşicəsinə zorlayıb, boğmağa çalışıb, axırda da yivaçanla ona zərbələr endirib.
Elizanın öldüyünü güman edən Niku qadının mobil telefonundan onun Facebook profilinə daxil olub, yazışmasını silib, sonra da qadını kolluğa ataraq aradan çıxıb.
///Milli.az