'Facebook' daha bir ailəni dağıtdı - 'Arvadım internetdə kişilərlə tanış olur'

MARAQLI
14:53 24.10.2012
6748
Türkiyənin İzmir şəhərində yaşayan və məktəbdə müəllim işləyən İsmayıl Engin arvadını məhkəməyə verib.
O, arvadı Güleni boşamaq istədiyini də bildirib.
Milli.Az DHA-ya istinadən bildirir ki, Engin İzmir Şəhər Məhkəməsinə yolladığı ərizəsində arvadının ona başqa kişilərlə dəfələrlə xəyanət etdiyini, həmin kişilərlə internetdə tanış olduğunu və Facebook-da yazışdığını bildirib.
Arvadını boşamaq niyyətində olduğunu bildirən Engin ondan mənəvi təzminat qismində 75 min lirə tələb edib.
Xəyanətə məruz qalmış atanın oğlu Fuat da anasının davranışını qətiyyətlə pislədiyini deyərək ondan 1000 lirə təzminat istəyib.
Müəllim işləyən Gülen Enginin qızı isə məhkəməyə yolladığı ərizəsində anasından təzminat qismində ayda 750 lirə tələb edib.
47 yaşlı İsmayıl Enginin dediyinə görə, 22 illik arvadı, iki övladının anası və həmkarı, 42 yaşlı Gülen Engin MSN-də müxtəlif kişilərlə tanış olub, sonra həmin kişilərlə yatağa girib və ona xəyanət edib.
"Bu qadınla birlikdə yaşamağım artıq mümkün deyil", - aldadılmış ər deyib.
Gülen Engin isə onun yazışmalarının ərinin əlinə keçməsini qanun pozuntusu adlandıraraq vəkili Serap Demirin vasitəsilə ərindən 40 min lirə, oğlundan 25 min lirə, 15 yaşlı qızı üçünsə ayda 750 lirə tələb edib.
"Ərim tərbiyəsiz adamdır və əfsuslar olsun ki, indiyədək buna dözmüşəm. Övladlarımızın xatirinə səsimi çıxarmırdım. Halbuki ərim manyak, yataqda məndən əxlaqsız davranışlar tələb edən adamdır. Facebook-da "xəyanət" etməyim, kişilərlə görüşməyim barədə dedikləri də ağ yalandır. İllərdən bəri Facebook-da tələbə yoldaşım Fuat Boğac Evrenlə danışıram və bunu ərim də gözəl bilir. O, 600 min lirəlik ümumi mənzilimizdə yaşayır, mən isə qızımla birlikdə kirayədə... Ailəmizi yıxan əslində mən yox, odur", - Gülen Engin deyib.
OXŞAR XƏBƏRLƏR