‘Facebook’ istifadəçiləri arasında 15 gerçək fakt- SİYAHI

‘Facebook’ istifadəçiləri arasında 15 gerçək fakt- SİYAHI
Bütün Xəbərlər
15:25 06.02.2012
3280

AZXEBER.COM-un məlumatına görə, “Pev Research Center”şirkəti “facebook” istifadəçiləri arasında telefon sorğusu keçirib.

AZXEBER.COM həmin sorğunun nəticələrini təqdim edir…

1.Aktiv Facebook istifadəçilərinin 20-30 %-i "güclü istifadəçilər" adlandırılır.

2.Qadınlar kişilərə nisbətən “Facebook”da daha çox çatdan istifadə edir.

3.İstifadəçilər "like" düyməsini istifadə etməyi çox sevirlər. "Like" düyməsinə basmaq “facebook”da edilən ən əhəmiyyətli iş hesab edilir.

4.“Like” la statusların və profildəki digər paylaşılan informasiyaların dostlar tərəfindən bəyənilməsi istifadəçilərin daha çox xoşuna gəlir.

5.“Facebook” istifadəçiləri göndərdiklərindən daha çox mesaj qəbul edirlər.

6.“Facebook” istifadəçiləri səhifələrini daha çox aktiv saxlamaq üçün dostları ilə bağlı fikirlər yazırlar.

7.“Facebook”da sizdən daha çox dosta sahib olan dostlarınız çox güman ki, onların çoxu ilə tanış deyil.

8. “Facebook” istifadəçiləri ayda təqribən 7 yeni dost əlavə edirlər. Kişilər qadınlara nisbətən daha çox dostluq göndərirlər. Qadınlar isə dostluq qəbul etməkdə kişilərdən daha aktivdir.

9.Facebook istifadəçiləri dostları vasitəsiylə təqribən 150 min adama çatma imkanına sahibdir.

10.“Facebook”da daha aktiv olan istifadəçilər siyasi status yazmağa daha çox meyllidirlər.

11.Demək olar ki, heç kəs "poke" (dürtmə) düyməsini istifadə etmir.

12.Bir istifadəçinin hesabında nə qədər çox dostu varsa “facebook”da bir o qədər aktivdir.

13.“Facebook”da təcrübəli olan istifadəçilərin belə “facebook”dan bezdiyinə rast gəlinməyib.

14.Yüksək təhsilli istifadəçilər “facebook”da daha fərqli qruplara sahibdirlər.

15.İstifadəçilər yalnız yaxın dostlarını fotoşəkillərdə etiketləyir.

Ozal İBRAHİMLİ

OXŞAR XƏBƏRLƏR