ABŞ-ın Louisiana əyalətində qeyri-adi qərar qəbul olunub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əyalət rəhbərliyi, cinsi zorakılıqlar və ya uşaq oğurluqları səbəbiylə məhkum olunan şəxslərə, “Facebook”dan istifadə etməyi qadağan edib. Məhkəmənin qərarına görə, bu şəxslərin müalicəsinin uğurla davam etdirilməsi üçün “facebook” çox böyük əngəl yaradır. Əgər həmin şəxslər bu qanunlara əməl etməzlərsə, 2 ildən 10 ilə qədər həbs cəzasına məhkum olunacaqlar. Bu mövzuda qanunları tətbiqini “Facebook” rəhbərliyi qəbul edib.
Qeyd edək ki, bu qanunun yaxın zamanlarda digər sosial şəbəkələrə də tətbiq ediləcəyi gözlənilir.
Ozal İbrahimli