“Facebook” satışa çıxdı

MARAQLI
22:51 02.02.2012
2360

Bu gecə istifadəçilərinin sayı 1 milyard nəfərə çatan “Facebook” sosial şəbəkəsi səhmlərini satışa çıxarıb.

Lent.az-ın İTAR –TASS agentliyinə istinadən verdiyi məlumata görə, sosial şəbəkənin sahibləri səhmlərin satışından 5 milyard dollar əldə edəcəklərini düşünürlər. Ancaq bu məbləğin iki dəfə çox olacağı da istisna edilmir. Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”u Mark Tsukerberq hələ tələbə olarkən 2004-cü ildə yaradıb. Keçən il şirkətin gəliri 700 milyon dollar olub. Şəbəkənin müxtəlif ölkələrdə 800 milyondan çox istifadəçisi var. Bu istifadəçilərin yarıdan çoxu sayta hər gün daxil olur. Tək bir gün ərzində “Facebook”-a 250 milyon şəkil yüklənir, istifadəçilər dostlarına 3 milyarda qədər mesaj yazırlar.

OXŞAR XƏBƏRLƏR