“Facebook” üzr istədi

“Facebook” üzr istədi
Bütün Xəbərlər
10:42 29.12.2014
642
Dünyanın ən böyük sosial şəbəkələrindən olan “Facebook” növbəti dəfə istifadəçilərindən üzr istəməyə məcbur olub. Saytın üzvləri üçün hazırladığı və “Əla bir il idi” başlığı ilə verdiyi 2014-cü ilin yekununa dair foto kollaj proqramı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.Belə ki, sosial şəbəkənin heç bir seçim etmədən şəxsi şəkillərdən kollaj hazırlaması bəzi istifadəçilərin xoşa gəlməz xatirələrini yada salıb, bəziləri dünyasını dəyişmiş övladının şəklini görüb, bəzisi isə boşandığı həyat yoldaşı ilə qarşılaşıb.Ən kəskin reaksiyanı ölmüş qızının şəkli ilə qarşılaşan veb-dizayner Erik Meyer bildirib. Meyer “facebook”u düşüncəsiz hərəkət etməkdə ittiham edib.
OXŞAR XƏBƏRLƏR