'Facebook'a böyük zərbə

MARAQLI
11:33 17.08.2012
2156
Dünyanın 1-nömrəli sosial şəbəkəsi olan Feysbuk növbəti “ağır zərbə” ilə üzləşib. Şirkətin səhmlərinin kütləvi satışına qoyulmuş məhduddiyyətlər aradan qalxar-qalxmaz, Feysbukun bazar dəyəri 1 milyard dollar ucuzlaşıb. Əvvəllər şirkətin hər səhmi qiymətli kağız bazarlarında 38 dollara satılırdısa, indi bu qiymət rekord aşağı göstərici – 20 dollara qədər azalıb. Feysbuka iri məbləğli yatırımlar etmiş investorlar, “lok-ap” müddətini başa çatması ilə, səhmlərini birjaya çıxarıb. Bazar təklifinin çoxalması ilə, səhmlərin qiyməti 6% aşağı düşüb.
OXŞAR XƏBƏRLƏR